219d9bf5-43c8-4538-bbc8-a3ec9db19efa..jpg

ÇL-in 1/4 finalına vəsiqə qazanan “Real Madrid” “Bavariya”nın rekorduna yaxınlaşdı

Baxış sayı: 365 dəfə baxılıb.

ÇL-in 1/4 finalına vəsiqə qazanan “Real Madrid” “Bavariya”nın rekorduna
yaxınlaşdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Real Madrid” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin
cavab oyununda “Leypziq”lə matçda sərfəli nəticə qazanaraq (1:1, ilk oyun –
1:0) Avropanın ən nüfuzlu klub turnirinin 1/4 final mərhələsinə yüksəlib.

Beləliklə, “Real” tarixində 21-ci dəfə Çempionlar Liqasının 1/4 finalına
yüksələn ikinci klub olub.

Bu göstəriciyə görə, madridliləri yalnız “Bavariya”(Münhen) qabaqlayır.
Almaniya klubu tarixində 22 dəfə bu uğura imza atıb.

Məlumat üçün əlavə edək ki, qeyd olunan göstəricidə üçüncü yer İspaniyanın
digər təmsilçisi “Barselona”ya məxsusdur. Kataloniya klubu tarixində 18 dəfə
Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazana bilib.

Source link