Çempionlar Liqasının yarımfinalında “Real” və “Bavariya” klubları arasında cavab qarşılaşması keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Santiyaqu Bernabeu stadionunda baş tutan matç 2:2 hesabı ilə nəticələnib.
Matçın üçüncü dəqiqəsində Kimmix hesabı açıb. 10-cu dəqiqədə “Real”ın hücumçusu Kərim Benzema hesabı bərabərləşdirib.
Matçın ikinci hissəsi başlayar başlamaz rəqib müdafiəçi və qapıçının kobud səhvindən istifadə edən Benzemə (46-cı dəqiqə) “Realı” önə çıxarıb. 62-ci dəqiqədə Xames Rodriqez hesaba yenidən tarazlıq gətirib.
Ümumi nəticəyə əsasən (4-3) kral klubu finala vəsiqə qazanıb.
Qeyd edək ki, “Real” ardıcıl üçüncü dəfə ÇL-nın finalına çıxmağa nail olub.