e0523bb8-adad-484a-8247-52e529b8540c..jpg

ÇL: “Real Madrid” “Çelsi”yə, “Bavariya” “Mançester Siti”yə rəqib oldu – YENİLƏNİB

Baxış sayı: 1. 057 dəfə baxılıb.

ÇL: “Real Madrid” “Çelsi”yə, “Bavariya” “Mançester Siti”yə rəqib oldu –
YENİLƏNİB

UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final, yarımfinal və final mərhələlərinin
püşkü atılıb.

Cixisyolu.com xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan
mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olub. Yəni mübarizəni
davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilib.

Son çempion “Real Madrid” yarımfinal yolunda “Çelsi” ilə üz-üzə gələcək. Ən
maraqlı cütlərdən biri “Bayern” və “Mançester Siti” arasında yaranıb. “İnter”
“Benfika” ilə üz-üzə gələcəksə, İtaliyanın digər təmsilçiləri “Milan” və
“Napoli” öz aralarında yarımfinalçını müəyyənləşdirəcəklər.

1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın
mümkün “ev sahibi” də müəyyənləşib.

Çempionlar Liqası

1/4 final mərhələsi

“Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə)

“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya)

“Mançester Siti” (İngiltərə) – “Bayern” (Almaniya)

“Milan” (İtaliya) – “Napoli” (İtaliya)

Yarımfinal

“Milan” (İtaliya)/“Napoli” (İtaliya) cütünün qalibi – “İnter” (İtaliya) –
“Benfika” (Portuqaliya) cütünün qalibi

“Real Madrid” (İspaniya) / “Çelsi” (İngiltərə) cütünün qalibi – “Mançester
Siti” (İngiltərə) – “Bayern” (Almaniya) cütünün qalibi

Finalın ev sahibi

“Real Madrid” (İspaniya) / “Çelsi” (İngiltərə) cütünün qalibi – “Mançester
Siti” (İngiltərə) – “Bayern” (Almaniya) cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab
görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may
tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da
İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

09:16

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin
püşkü atılacaq.

“Report” xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq
mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olacaq. Yəni
mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilər.

1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın
mümkün “ev sahibi” də müəyyənləşəcək:

“Bayern” (Almaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“İnter” (İtaliya)

“Mançester Siti” (İngiltərə)

“Milan” (İtaliya)

“Napoli” (İtaliya)

“Real Madrid” (İspaniya).

Source link