ABŞ-ın CNN telekanalının rəhbəri Ceff Tsuker hökuməti Facebook və Google-yə diqqət ayırmağa çağırıb, çünki bu gün xəbər kontenti tədarükçüləri üçün müasir rəqəmsal imkanlara uyğunlaşmaq getdikcə çətinləşir.
Bu barədə ÇıxışYolu.Com Variety-ə istinadən xəbər verir.
“Mənə elə gəlir ki, rəqəmsal kontentin monetizasiyası üzrə yeni üsullar tapmaq üçün reklam və texnologiyalar dünyasında köməyə ehtiyacımız var, əks halda yaxşı jurnalistika itəcək”, – deyə, Tsuker bildirib.
Onun sözlərinə görə, tənzimləyicilər xüsusilə də Facebook və Google kimi monopolist-nəhənglərə diqqət ayırmalıdırlar.
А.B.
www.ÇıxışYolu.Com