Co Bayden və Si Cinpinin görüşəcəyi tarix müəyyənləşdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Prezidenti Co Bayden noyabrın 15-də Çin Xalq Respublikasının sədri Si
Cinpinlə görüşəcək.
Görüş Kaliforniya ştatının San-Fransisko şəhərində Asiya-Sakit Okean İqtisadi
Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq.
Bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi məlumat verib.
“Bayden həqiqətən noyabrın 15-də San-Fransiskoda Çin Xalq Respublikasının
Prezidenti (sədri) Si Cinpinlə görüşəcək”, – deyə yüksək rütbəli rəsmi brifinq
zamanı qeyd edib.
Mənbə: Life.ru