4ac0e570-59d1-4831-bb20-7bfbe422bd4b..jpg

“Cockney Rebel” qrupunun solisti vəfat edib

Baxış sayı: 515 dəfə baxılıb.

“Cockney Rebel” qrupunun solisti vəfat edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngilis rok qrupu “Cockney Rebel”in solisti kimi tanınan britaniyalı musiqiçi
Stiv Harli 74 yaşında vəfat edib.

Bu barədə onun ailəsi sosial şəbəkədə məlumat yayıb.

“Biz dərin hüzünlə bildiririk ki, gözəl həyat yoldaşı və atamız ailəsinin
əhatəsində evdə vəfat edib”, – deyə yazıda bildirilib.

Qeyd edək ki, qlem-rok janrında ifa edən “Cockney Rebel” 1973-cü ildə Londonda
yaradılıb. Onun populyarlığının zirvəsi ötən əsrin 70-ci illərinin ortalarına
təsadüf edir. Qrupun “Make Me Smile” (“Come Up and See Me”) və “Here Comes The
Sun” (“The Beatles” hitinin kaveri) kimi mahnıları 1975-ci ildə Böyük Britaniya
hit-paradlarının zirvəsinə yüksəlib.

Mənbə: TASS

Source link