7bc32c1a-124f-4392-9872-2ea1e57de3b9..jpg

Cocuq Mərcanlıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilir – FOTO/VİDEO

Baxış sayı: 500 dəfə baxılıb.

Cocuq Mərcanlıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd
edilir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi
Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
tərəfindən təşkil edilmiş tədbirdə kənd sakinləri iştirak ediblər.

Milli birlik, mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət və bağlılıq
hisslərini özündə təcəssüm etdirən Həmrəylik Günü və Yeni il münasibətilə
təşkil olunmuş tədbirdə əvvəlcə dövlət himni səslənib, torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik
sükutla yad edilib. Daha sonra incəsənət xadimlərinin ifasında konsert proqramı
təqdim olunub.

Yeni il personajlarının iştirakı ilə baş tutan tədbir uşaqların bayram
əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib. Tədbirin
sonunda uşaqlara hədiyyələr paylanılıb.


Source link