5680b074-e09b-490a-a598-aed18446001c..jpg

Coğrafiya İnstitutu şagirdlər üçün dərslik çapına müsbət rəy verməyib

Baxış sayı: 557 dəfə baxılıb.

Coğrafiya İnstitutu şagirdlər üçün dərslik çapına müsbət rəy verməyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu
şagirdlər üçün dərslik çapına müsbət rəy verməyib.

Cixisyolu.com xəbər verir ki, bu barədə qərar institutun Elmi Şurasının iclasında
qəbul olunub.

Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani təqdim edilən “Coğrafiya
6” (1-ci hissə) və “Coğrafiya 7” (1-ci hissə) kitablarının çapı, həmçinin
coğrafiya fənn kurikulumuna rəy verilməsi haqqında fikir bildirərək qeyd edib
ki, orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün yazılan dərsliklərin
məzmunu və onlarda şagirdlərə verilə biləcək bilik və bacarıqlar olduqca aşağı
səviyyədədir.

İnstitutun baş direktoru Zakir Eminov bildirib ki, dünyada yeni dərsliklərin
və tədris vəsaitlərinin yazılması müasir metodlara, standartlara və qaydalara
əsaslanır:

“Azərbaycan da bir qayda olaraq dünya elminə inteqrasiya etməyə çalışır və
bəzi sahələrdə buna nail olur. Dərsliklərin yazılması dünya praktikasına
əsaslanmalı, elmi cəmiyyətlərin qəbul etdiyi və artıq sübut olunmuş fundamental
prizmadan baxılmalıdır. Müəlliflərin bilik və bacarıq səviyyəsi, eləcə də
təfəkkürləri onlara dərsliyin yazılmasına icazə verməlidir”.

Bu baxımdan kitablara müsbət rəy verilməməsi, bu barədə Dövlət İmtahan
Mərkəzinə (DİM), həmçinin Elm və Təhsil Nazirliyinə məktub göndərilməsi qərara
alınıb.

Source link