e06ec182-a4a5-47bc-82ad-8e9b0aefde16..jpg

Cokoviç Avstraliyada çempion oldu

Baxış sayı: 809 dəfə baxılıb.

Cokoviç Avstraliyada çempion oldu

Serbiyalı tennisçi Novak Cokoviç Avstraliya Açıq çempionatının finalında
yunanıstanlı Stefanos Tsitsipasa qalib gəlib.

Görüş bazar günü Melburnda baş tutub.

Qarşılaşma 6:3, 7:6 (7:4), 7:6 (7:5) hesabı ilə turnirdə dördüncü nörəyə sahib
olan Cokoviçin xeyrinə başa çatıb.

Qeyd edək ki, tennisçilər öz aralarında 13 matç keçiriblər. Cokoviçin 11,
Tsitsipas isə 2 qələbəsi var. Hazırda Peşəkar Tennis Assosiasiyasının (ATP)
reytinqində beşinci yeri tutan Cokoviç ispan Karlos Alkarası geridə qoyaraq,
siyahıya başçılıq edəcək.

Xatırladaq ki, Cokoviç daha əvvəl 2008, 2011, 2012, 2013, 2015, 2016, 2019,
2020 və 2021-ci illərdə yarışın qalibi olmaqla, turnirin rekorduna sahibdir.

Mənbə: TASS

Source link