Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir

Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir

Baxış sayı: 3. 961 dəfə baxılıb.

Hollivud ulduzu Ancelina Coli Bred Pitə qarşı məhkəmədə qaldırdığı iddianı sona kimi davam etdirmək və keçmiş həyat yoldaşına maddi cəhətdən böyük zərbə vurmaq niyyətindədir.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “The Hollywood Life” nəşri 43 yaşlı aktrisanın yaxın çevrəsindən olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin sözlərinə görə, Coli bu inadkarlığı uşaqlarının onun himayəsinə keçməsi məqsədilə edir.

“Bred müharibənin başa çatdığını düşünürsə, çox yanılır, onu xoşagəlməz sürpriz gözləyir”, – deyə mənbə bildirib.

Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədirXatırladaq ki, bu yaxınlarda  Hollivudun keçmiş ulduz cütlüyü altı uşağın qəyyumluğu ilə bağlı iki ilə yaxın davam edən məhkəmə çəkişməsi fonunda ortaq razılaşmaya gəlib. Razılaşmaya əsasən, 54 yaşlı Pit övladları ilə faktiki olaraq  Ancelina Colinin keçirdiyi qədər vaxt keçirə biləcək.

“Sarı mətbuatın” yazdığına görə, bu razılaşma Colinin ürəyincə olmasa da, uşaqların səs-küylü məhkəmə prosesinə sürüklənməməsi üçün güzəştə getməli olub.

Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir

“Qəyyumluq uğrunda mübarizə uzun və çətin olub”, – deyə mənbə qeyd edir.

Nəşrin məlumatına əsasən, Coli yaxın zamanda birgə qəyyumluq haqqında razılaşmanı imzalamaq məcburiyyətindədir, belə ki, “sarı mətbuat” bu çəkişmədə daha çox Bred Pitin mövqeyini müdafiə edir.

Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!