0c942eeb-a2cb-4eb6-a543-3e5ddab4f289.jpg

Con Podesta: “ABŞ Azərbaycanın COP29-da sədrliyini yüksək qiymətləndirir”

Baxış sayı: 254 dəfə baxılıb.

“ABŞ Azərbaycanın COP29-da sədrliyini yüksək qiymətləndirir. Azərbaycan
Prezidentiİlham Əliyev ekologiya naziri Muxtar Babayev və xarici işlər
nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə güclü komanda təyin edib”.

“Report” xəbər verir ki, bu fikirləri ABŞ Prezidentinin beynəlxalq iqlim
siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün
keçirdiyi brifinqdə deyib.

“Biz Azərbaycanın COP29-a ev sahibliyi etməyə razılıq verdiyi bir ildən az
müddət əvvəl prioritetləri razılaşdırmışıq”, – o bildirib.

Xüsusi müşavir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini
diqqətə çatdırıb: “Biz bir sıra məsələlər, o cümlədən COP29-un uğurla
keçirilməsinə hazırlıq, eləcə də Ermənistanla uzunmüddətli və layiqli sülh
sazişinin bağlanması üçün davam edən səylər barədə fikir mübadiləsi apardıq”.

Onun sözlərinə görə, COP29-un keçirilməsi iqlim dəyişikliyinin təsirlərinin
bütün dünyada müşahidə edildiyi kritik onillikdə kritik mərhələyə təsadüf edir:
“Onlar açıq şəkildə göstərdilər ki, həm istixana qazı emissiyalarını azaltmaq,
həm də dayanıqlıq və uyğunlaşmaya sərmayə qoyuluşunu sürətləndirmək üçün daha
çox iş görülməlidir”.

C.Podesta vurğulayıb ki, dünyada baş verən təbii kataklizmlər və onların
təsirləri dünya ictimaiyyətinə təzyiq göstərərək onun irəliləməsi, COP29-un
uğurlu olması üçün səy göstərməsi və xüsusilə bu konfransda əsas prioritet olan
inkişaf etməkdə olan ölkələr üçün lazımi resursların təmin edilməsini tələb
edir.

“Hazırda bütün dünyanın gözü Azərbaycandadır. Bir aydan sonra burada çoxlu
sayda qonaq olacaq. Hesab edirəm ki, biz gələcək sədrliyin mükəmməl rəhbərliyi
altında yaxşı irəliləyir və noyabrda uğurlu nəticə gözləyirik”, – o qeyd edib.

Source link