Britaniyanın xarici işlər naziri Boris Conson Qərb dövlətlərinin Rusiya hökuməti və xalqı ilə dost olmaq istədiyini və habelə hazırda hər şeyin Moskvanın əlində olduğunu dilə gətirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Putinin belə təsəvvürünə gətirə bilmədiyi sayda ölkələr, Rusiyaya bir dildən “artıq kifayətdir” dedilər. Biz Rusiya dövləti və xalqı ilə dost olmaq istəyirik. Ancaq bunun üçün ilk növbədə Rusiya hökuməti dəyişməlidir, və bu elə indi baş verməlidir. Britaniyanın Rusiyaya qarşı bu səylərin başında durması ilə fəxr edirəm” deyə Conson bildirib.