3a6cded4-ff31-418f-bdcb-70be2690aeea.webp

COP29-a hazırlıq məqsədi ilə bəzi yerlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Baxış sayı: 179 dəfə baxılıb.

2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə saat
02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra
küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin
keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Cixisyolu.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ)
və Avtomobil Yolları Nəqliyyatı Agentliyi (AYNA) birgə məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Hava Limanı şosesi, Heydər Əliyev prospekti,
Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl
Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində
avtomobillərin hərəkəti dəyişdiriləcək:

“Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin
istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar.
Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək. Heydər Əliyev hava
limanına gedəcək vətəndaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və
alternativ yollardan istifadə etmələri xahiş edilir. Eyni zamanda bildiririk
ki, 19 oktyabr gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi
ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir
məhdudiyyət tətbiq olunmayacaq”.

“Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən
veriləcək”, – deyə məlumatda qeyd edilib.

Source link