d6634e54-7997-4033-9df7-247458d10471.jpg

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək

Baxış sayı: 143 dəfə baxılıb.

5-6 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti,
Zati-aliləriİlham Əliyevin təşəbbüsü və himayədarlıği ilə Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları
İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı
Sammiti keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri,
nüfuzlu dini mərkəzlərin başçıları – Patriarxlar, Vatikan və Əl-Əzhər
rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında
tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30
beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV
nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Dini liderlərin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda
COP29 çərçivəsində budəfəki sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin
gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin – iqlim dəyişmələri
probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən 2024-cü ilin “Yaşıl
dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan
həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq Dünya dini
liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik,
səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etmələri
Azərbaycan Respublikasının növbəti beynəlxalq uğurudur.

Source link