Noyabrın 11-dən 22-dək davam edəcək COP29-un Yaşıl Zonasında Heydər Əliyev
Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu – COP29-da Həmrəylik Mərkəzi(The
Solidarity Hub at COP29) təqdim olunacaq.
Cixisyolu.com xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.
Bununla da Azərbaycan və Türkiyənin iki fondu Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu
sessiyası zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirəcək.
COP29-da Yaşıl Zona müxtəlif maraqlı tərəflərin – dövlət və özəl sektor,
QHT-lər, media nümayəndələri və Mavi Zonanın rəsmi nümayəndələrini əhatə edən
geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır.
Heydər Əliyev Fondu və Sıfır Atık Fondu cəmiyyətin müxtəlif sahələrinə töhfə
verərkən davamlı həllər yaratmağı da hədəfləyir. COP29-dakı birgə layihə hər
iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində fəaliyyətlərini önə
çəkir.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri ilə
yanaşı ətraf mühitin qorunması üzrə təşəbbüsləri də öz səmərəsi ilə cəmiyyətdə
rəğbətlə qarşılanır. COP29-dakı pavilyon çərçivəsində bu sahədəki fəaliyyət
təqdim olunacaq. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı
interaktiv zona yaradılacaq.
Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə
olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə
maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim
edəcək.
birgə pavilyonu olacaq
COP29-da Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olacaq