9cec024e-8cf2-4fde-a0b1-a17d9a775faf.webp

COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıb

Baxış sayı: 33 dəfə baxılıb.

Hazırkı tarixə olan məlumata əsasən, bu ilin 11-22 noyabrında Bakıda
keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün
müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri ötüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat
yayıb.

Qeyd edək ki, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat
prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif
ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin
sayının da günbəgün artımı ilə müşayiət edilir. COP tədbirlərinə xas olan əksər
nümayəndələrin tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə
tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu
rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı
beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya
miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi
olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün
onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam
etdirilir.

Source link