“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri
üzrə razılığa gəlmək real görünür”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı
baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür”.
AZƏRTAC
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentiİlham Əliyev aprelin 23-də ADA
Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda
beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək,
həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatına vaxt sərf
etmək olar.
“Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki
tərəf, sadəcə ürəkdən çalışmalıdır”, – deyə Prezident diqqətə çatdırıb.