COP29 konfransına hazırlıq prosesi çərçivəsində nəqliyyatın idarə edilməsi
üzrə monitorinqlərin davamı olaraq 27 oktyabr tarixində COP29 konfrans məkanı
olan Bakı Stadionunda nəqliyyatın hərəkəti üzrə növbəti sınaqlar keçirilib.
Cixisyolu.com xəbər verir ki, proses çərçivəsində konfransın planı və marşrutuna
uyğun stadionun müvafiq zonalarında COP29-a məxsus avtobusların hərəkəti,
təhlükəsizlik və akkreditasiya yoxlamaları prosedurları test edilib. Bu dəfəki
monitorinqin təşkilinə 600-dan çox COP29 konüllüsü cəlb edilib.
Qeyd edək ki, həmçinin ötən sutka ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti,
Daxili İşlər Nazirliyi, Föqvəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Mərkəzi ilə birgə şəhərin mərkəzi küçə və prospektlərində
genişmiqyaslı gündüz və gecə nəqliyyat proseslərinin monitorinqi uğurla
tamamlanıb. Monitoqinlər çərçivəsində COP29-a məxsus avtobus və digər nəqliyyat
vasitələri, təcili tibbi yadım və yanğınsöndürmə maşınları cəlb edilib.
Ümumilikdə, nəqliyyat monitorinqlərinin məqsədi konfrans zamanı tətbiq
ediləcək nəqliyyat sxeminin hərtərəfli sınaqdan keçirilməsi və nəqliyyat
sahəsində planlaşdırılan tədbilər üzrə tam hazırlığın təmin edilməsidir.