“COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli
qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin
tətbiqi nəzərdə tutulmur”.
APA xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov
COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə
dair fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır:
“İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar
tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik”.