b7b47147-5681-4852-8acd-1700e0bc3902..jpg

COP29 prezidenti Kopenhagendə iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb – FOTO

Baxış sayı: 561 dəfə baxılıb.

COP29 prezidenti Kopenhagendə iqlim məsələləri üzrə dünya liderləri ilə
görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29)
sədri Muxtar Babayev Kopenhagendə (Danimarka) ətraf mühit nazirlərinin
iclasında iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.

Bu barədə COP29-un “X” sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilir ki, M.Babayev Danimarkanın inkişaf, əməkdaşlıq və qlobal iqlim
siyasəti üzrə naziri Dan Yorgensen, Böyük Britaniyanın enerji təhlükəsizliyi və
emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə
naziri Qrem Stüart da daxil olmaqla qlobal iqlim məsələləri üzrə dünya
liderləri ilə görüşüb.

Müzakirələr Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), iqlim
maliyyələşdirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma, itkilər, zərərlər və iqlim
dəyişikliyinin təsirlərinin azaldılmasına yönəldilib.

This week, @COP29_AZ
President-Designate Muhtar Babayev met global climate leaders, including
@DanJoergensen and
@grahamstuart , at the
#CopenhagenClimateMinisterial

. Discussions focused on NDCs, climate finance, climate change adaptation, loss
& damage and mitigation.pic.twitter.com/1nxldAJn7F
— COP29 AZ (@COP29_AZ) March 23, 2024

Source link