5381ee14-4f59-4c12-b418-182e2f14a503..jpg

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək – RƏY

Baxış sayı: 633 dəfə baxılıb.

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə
böyük töhfələr verəcək – RƏY
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatı Vahid Əhmədov COP29-un Azərbaycanda keçirilməsinin
ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfə verəcəyini deyib.

Deputat “Report”a açıqlamasında bu gün yaşıl enerjiyə keçidin bütün dünyada
diqqət mərkəzində olan əsas məsələlərdən biri olduğunu qeyd edib:

“Azərbaycan da sözügedən məsələ ilə əlaqədar bir sıra layihələr həyata keçirib
və bundan sonra da alternativ enerjiyə keçidlə bağlı layihələrin icrası davam
etdiriləcək. O baxımdan, Azərbaycan ekoloji cəhətdən təmiz məhsul istehsal
etmək üçün yaşıl enerjiyə diqqətin artırılmasına töhfə və dəstək verən ölkələr
sırasındadır”.

Millət vəkili vurğulayıb ki, qeyd olunan sahəyə verilən önəmin bariz
nümunələrindən biri də Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsidir:

“Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi kifayət qədər
böyükdür və belə tədbirlər hər zaman yüksək səviyyədə təşkil olunub”.

V.Əhmədov bildirib ki, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi
burada sabitliyin möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir:

“Bütün bunlarla yanaşı, ölkəmizin iqlimlə əlaqədar əhəmiyyətli bir tədbirə ev
sahibliyi etməsi, Azərbaycanın dünyada bir çox fərqli sahələrdə tanıdılmasına
və layiqli təmsilçiliyinə böyük töhfələr verəcək”.

Source link