54fcb1df-5804-4e9a-89a9-80905b7219e0..jpg

COP29-un baş icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən illik enerji konfransında iştirak etdi – FOTO

Baxış sayı: 529 dəfə baxılıb.

COP29-un baş icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən illik enerji
konfransında iştirak etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş
icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən “CERAWeek” illik enerji
konfransında iştirak edib.

Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Elnur Soltanov konfrans iştirakçılarına Azərbaycanın enerji sektorunun
dekarbonizasiyası istiqamətindəki gücləndirilmiş səylərindən bəhs edib.

“COP29 enerji keçidinin inkişaf etdirilməsi üzrə COP28-də əldə olunmuş
irəliləyişlərə əsaslanaraq qlobal öhdəliklərin həyata keçirilməsi,
genişləndirilməsi və miqyasının artırılması səylərinə töhfə verəcək”, – deyə
paylaşımda bildirilib.

Addressing @CERAWeek by
@SPGlobal , #COP29
CEO Elnur
Soltanov explains how#Azerbaijan
is
accelerating efforts to#decarbonise
the
energy sector.#COP29
will champion
efforts to deliver, expand and extend the scope of global pledges, building on
progress made at COP28 to advance…pic.twitter.com/vmH6alajZj

— COP29 AZ (@COP29_AZ) March 20, 2024

Source link