COP29-un maliyyələşdirilməsi üçün Azərbaycan müxtəlif ölkələrlə danışıqlar
aparır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim
dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin
etimadının təzahürüdür”.
Cixisyolu.com-ın məlumatına əsasən, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar
Babayev COP29 Azərbaycan sədrliyinin mətbuat konfransında deyib.
Muxtar Babayev Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a
sədrliyini üzərinə götürdüyünü xatırladıb.
“Azərbaycanın COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi
mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət
nümayiş etdiriləcək”, – deyə o əlavə edib.
Muxtar Babayev qeyd edib ki, COP29-un maliyyələşdirilməsi üçün Azərbaycan
müxtəlif ölkələrlə danışıqlar aparır.
Aytac Qasımova