COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının
29-cu sessiyasının (COP29) rəhbər heyəti Almaniyanın paytaxtı Berlində
İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə
görüş keçirib.
Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“XV Petersberq İqlim Dialoqunun ikinci günündə COP29-un rəhbər heyəti Bakıda
keçiriləcək tədbirin planlarını müzakirə etmək üçün İspaniyanın Ekoloji Keçid
və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib”, – paylaşımda
qeyd edilib.
As the second day of the Petersberg Climate Dialogue begins, the #COP29
team met with@TeresaRibera
Ecological Transition and the Demographic Challenge of Spain, to discuss the
Presidency’s Plan for COP29 in Baku.pic.twitter.com/7eOdhbhs1J
— COP29 AZ (@COP29_AZ) April 26, 2024