COP29-un rəsmisi BMT-nin plenar sessiyasında çıxış edib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto
Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü
Pərvanə Vəliyeva BMT-nin Keniyanın Nayrobi şəhərində keçirilən Vətəndaş
Cəmiyyəti Konfransında “Planetimizdəki İqlim Dəyişikliyi ilə bağlı Fövqəladə
Vəziyyətin idarə edilməsi” adlı plenar sessiyada çıxış edib.
Cixisyolu.com xəbər verir ki, o, çıxışında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un
yüksək səviyyədə keçirilməsi və qalıcı olması üçün görülən səmərəli işlərdən
danışıb.
“Bu, Azərbaycanda dövlət və hökumət başçılarını, vətəndaş cəmiyyəti
təşkilatlarını, işgüzar dairələri və beynəlxalq institutları bir araya
gətirmək, iqlim dəyişikliyini, Paris Sazişinin həyata keçirilməsini
sürətləndirmək üçün tədbirləri müzakirə etmək və uzunmüddətli iqlim
strategiyaları və hədəflərinə diqqət yetirmək üçün əla fürsətdir”.