2cc90c16-4046-4283-b0ef-f789a5ea13b0..jpg

COP29-un Təşkilat Komitəsinin tərkibinə dəyişiklik edildi – SƏRƏNCAM

Baxış sayı: 700 dəfə baxılıb.

COP29-un Təşkilat Komitəsinin tərkibinə dəyişiklik edildi – SƏRƏNCAM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29),
Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin
Tərəfləri Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü
il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Sərəncam imzalayıb.

Bu barədə President.az xəbər
verir.

Sərəncamda qeyd olunur:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29), Kioto
Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin
Tərəfləri Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü
il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış
Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilsin:

“Təşkilat Komitəsinin sədri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Təşkilat Komitəsinin üzvləri:

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər
naziri, COP29-un müəyyən edilmiş Prezidenti

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz”
İstehsalat Birliyinin baş direktoru

Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin icraçı direktoru

Səbinə Əliyeva – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(Ombudsman)

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

İlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin
sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri

Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
sədrinin müavini

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci
vitse-prezidenti

Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri

Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini

Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini”.

Source link