Coratda torpağa basdırılmış “Makarov” tapıldı – FOTO

Coratda torpağa basdırılmış “Makarov” tapıldı – FOTO

Baxış sayı: 3. 275 dəfə baxılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

ÇıxışYolu.Com qurumun rəsmi saytına istinadən xəbər verir ki, Penitensiar xidmətinin Baş idarəsinin əməliyyat aparatının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qurbanov İbrahim Fəxri oğlu tərəfindən Corat qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş bir ədəd “Makarov” tipli PM markalı tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Sumqayıt şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com