ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızı Jenna ona növbəti nəvə sevinci bəxş edib.
ÇıxışYolu.Com xəbər verir ki, avqustun 2-də Corc Buş və Laura Uelçin əkiz qızlarından biri Jenna Buş-Hager oğlan övladı dünyaya gətirib. “Instagram”da gənc valideynlərlə yanaşı, xoşbəxt baba və nənə də bu barədə xəbər paylaşıblar.
Jenna Bush-Hager və əri Henry Hager körpələrinə Henry Harold Hager adını veriblər.
Xatırladaq ki, Corc Buş və həyat yoldaşı Laura Uelçin iki qızı var: Barbara və Jenna. Onlar əkizdirlər.
“NBC TV”-də səhər verilişinin aparıcısı Jenna Buşla Henry Hager 10 may 2008-ci ildə Texasda, ABŞ prezidentinin rançosunda evləniblər. Cütlüyün bu nigahdan 6 yaşlı Mila və 4 yaşlı Poppy adlı övladı var.
Qeyri-kommersiya təşkilatı olan Qlobal Sağlamlıq Korpusunun sədri, aktivist Barbara Buş da evlidir. 2018-ci ildə o, amerikalı aktyor və ssenarist Kreyq Coyne ilə nikaha daxil olub. Lakin cütlüyün hələlik övladı yoxdur.
Rəşad Əliyev