Corc Kluni İtaliyada qəzaya düşdü

Baxış sayı: 2. 746 dəfə baxılıb.

Corc Kluni İtaliyada qəzaya düşdü

Hollivud aktyoru və rejissor Corc Kluni İtaliyanın Sardiniya adasında qəzaya düşüb. 

ÇıxışYolu.Com xarici mediaya istinadla xəbər verir ki, hadisə Cozef Hellerin eyni adlı romanı əsasında “Hiylə 22” filminin çəkilişləri zamanı baş verib. 

Kluni skuterlə çəkilişlərin getdiyi yerə gedirmiş. Yolda skuter avtomobillə toqquşub. 

Qəzadan sonra xəsarət alan aktyor Olbiya şəhər xəstəxanasına çatdırılıb. Aparılan yoxlama zamanı Kluninin çanaq, əl və ayağında zədənin olduğu aydınlaşıb. 

www.ÇıxışYolu.Com