a8de03da-de4f-4661-9bcd-f50dc6648e5a..jpg

Coşqun Diniyev: “Millidə oynamaq hər bir oyunçu üçün şərəfdir”

Baxış sayı: 678 dəfə baxılıb.

Coşqun Diniyev: “Millidə oynamaq hər bir oyunçu üçün şərəfdir”

“Millidə oynamaq hər bir oyunçu üçün şərəfdir. Sabah xalqımızı yaxşı nəticə
ilə sevindirəcəyimizə ümid edirəm”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Coşqun
Diniyev Belçika yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ
oyunundan əvvəl mətbuat konfransında deyib.

Türkiyənin “Ümraniyespor” klubunda çıxış edən 28 yaşlı yarımmüdafiəçi qonşu
ölkədə oynamasının fiziki formasına yaxşı təsir etdiyini bildirib:

“Fiziki cəhətdən böyük fərq var. Orada keçdiyim hazırlığa görə indi özümü daha
hazırlıqlı hesab edirəm. Belçika kimi komandaya qarşı 90 dəqiqə tab gətirmək
üçün atletik cəhətdən tam hazır olmaq lazımdır”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 17:00-da
başlayacaq.

Source link