f79992e3-63e2-4f72-b106-e31d070884a3.jpg

Coşqun Rəhimov: “Ən böyük yalançılar bizik, tamaşaçını aldadırıq”

Baxış sayı: 158 dəfə baxılıb.

“Mənim üçün dramatik obrazları oynamaq su içmək kimidir”.

Bunu Baku TV-nin “Qapqara” verilişində Əməkdar artist, aktyor Coşqun Rəhimov
deyib.

O, problemi satira ilə çatdıraraq tamaşaçını həm güldürüb, həm də
düşündürməyin daha çətin olduğunu vurğulayıb.

Əməkdar artist söyləyib ki, aktyorun işi obrazı hiss edib oynamaq və
tamaşaçıya çatdırmaqdır:

“Biz tamaşaçını aldadırıq. Ən böyük yalançılar bizik. Amma doğru olan yalanı
ifadə etməyə çalışırıq. Oyunçu olaraq yalançı olsaq da, həqiqəti çatdırmalıyıq”.

C.Rəhimov ağır xəstəliyə qalib gəldikdən bir neçə ay sonra səhnəyə çıxmasından
da danışıb və sənətinin onun üçün hər şeydən vacib olduğunu deyib: “12-13 saat
narkozda qalmışdım. Bədənimdə çoxlu yarıqlar var idi. O vəziyyətdə aşağı
düşəndə xəstəxanada hamı həyəcan keçirirdi ki, mənə nəsə olacaq. Deyirdim ki,
hər şey yaxşıdır, dözə bilmirəm, getməliyəm”.

Ətraflı süjetdə:

Coşqun Rəhimov: “Ən böyük yalançılar bizik, tamaşaçını
aldadırıq”
Coşqun Rəhimov: “Ən böyük yalançılar bizik, tamaşaçını aldadırıq”

Source link