eed6a20f-e0d8-44cc-99ce-6e9840d3fc3d..jpg

Çovdarovdan alınan “Vasmoy bazarı”na görə yenə məhkəmə olacaq

Baxış sayı: 881 dəfə baxılıb.

Çovdarovdan alınan “Vasmoy bazarı”na görə yenə məhkəmə olacaq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun
cinayət işi ilə bağlı müsadirə edilmiş “8-ci kilometr bazarı” barədə yenidən
məhkəməyə müraciət edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şikayət bazarın keçmiş
sahiblərindən olan Çingiz Əsədov tərəfindən təqdim olunub.

Ç.Əsədov iddia edir ki, “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzi zorla
onun əlindən alınıb, mükiyyət hüququ pozulub. O, maraqlı şəxs kimi işə qoşulub.

Maraqlı şəxs bu dəfə Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından
narazıdır. Həmin qərarda onun şikayəti rədd edilib, sözügedən bazar da daxil
olmaqla Akif Çovdarovun müsadirədən azad olunmuş əmlakları yenidən dövlət
nəfinə alınıb.

Şikayətə Ali Məhkəmədə baxılacaq.

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12
il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq
əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün prezidentə
təqdimat göndərilib. Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general
rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.
Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün
mübarizəyə başlayıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq
əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul
edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin
qərarı ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı birinci
instansiya məhkəməsinin müsadirə qərarını qüvvədə saxlayıb.

Source link