6dc0b743-812e-4c41-8963-22e5c1387700..jpg

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

Baxış sayı: 949 dəfə baxılıb.

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak
edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti
uzadılıb.

Cixisyolu.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi
ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına
yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin
əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Bu müddət 2023-cü il mayın 1-dək uzadılıb.

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin
əməkhaqlarına müddətli əlavə 2023-ci il mayın 1-dək veriləcək.

Əvvəl bu müddət 2023-cü il martın 1-dək müəyyən edilmişdi.

Source link