9494ea6d-b326-406f-af73-293d9fd462db..jpg

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

Baxış sayı: 676 dəfə baxılıb.

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli
əlavənin vaxtı uzadılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli
əlavənin vaxtı uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə
tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin
müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin
əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, bu müddət “2023-cü il oktyabrın 2-də başa çatmışdı.

Source link