24047714-1310-4219-9d6e-f510ab1ea4bc..jpg

Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstanı məğlub edib

Baxış sayı: 454 dəfə baxılıb.

Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstanı məğlub edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə
dünya çempionatında II turun oyunları keçirilib.

“Report”un məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın
ikinci günündə 3 qarşılaşma baş tutub.

İlk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Matç
millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyunlarında Mərakeş
Polşanı 4:0, Özbəkistan isə Türkiyəni 3:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün ilk turda Türkiyə üzərində 7:1
hesablı qələbə qazanıb. Dünya çempionatına noyabrın 8-də keçiriləcək 3-cü yer
uğrunda oyun və final görüşü ilə yekun vurulacaq.

Source link