dd42597e-192a-41e2-85e7-2e3c0db5133c..jpg

Çövkən üzrə “Prezident Kuboku -2023” yarışlarında finalçılar müəyyənləşdi – FOTO

Baxış sayı: 468 dəfə baxılıb.

Çövkən üzrə “Prezident Kuboku -2023” yarışlarında finalçılar müəyyənləşdi –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı
ilə start götürən Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin
yarımfinal oyunları baş tutub.

Günün ilk oyununda “Polad” komandası “Omar” komandasına 4:1 hesabı ilə qalib
gələrək finala yüksəlib. Digər yarımfinal oyununda isə “Sərhədçi-Qarabağ”
komandası “Sərhədçi-Dilbaz” komandasına minimal hesabla qalib gələrək finalda
“Polad” komandasının rəqibi olub.

Turnirin final oyunları 24 dekabr 2023-cü il tarixdə saat 11:00-dan etibarən
keçiriləcək.

Günün ilk oyununda “Sərhədçi-Dilbaz” komandası “Omar” komandası ilə turnirin
3-cüsünü müəyyən edəcək. Kubokun sahibini isə “Polad” və “Sərhədçi-Qarabağ”
komandaları müəyyən edəcək.

Final oyununun ardınca turnir iştirakçılarının təltif mərasimi keçiriləcək.

Source link