b171c887-964a-4698-8d79-921adb67167b..jpg

Çoxdan gözlənilən fantastik filmin relizi növbəti dəfə təxirə salındı – FOTO

Baxış sayı: 3. 390 dəfə baxılıb.

Çoxdan gözlənilən fantastik filmin relizi növbəti dəfə təxirə salındı – FOTO

“Sony Pictures” şirkəti baş rolunu Cared Letonun oynadığı “Morbius” filminin
buraxılışını növbəti dəfə təxirə salıb. Bu dəfə filmin yayımının aprelin 1-də
olacağı gözlənilir.

Bu barədə “Hollywood Reporter”in sabiq redaktoru Metyu Belloni xəbər verib.

Pushing #Morbius
to April
seems like a pure Covid move but Sony’s Q1 is already flush with Spidey cash
and its Q2 was pretty bare. This likely makes Japan happier.
— Matthew Belloni (@MattBelloni) January 4, 2022

Qeyd edək ki, film bundan əvvəl dəfələrlə təxirə salınıb. Belə ki, “Mobius”un
buraxılışı ilk əvvəl 2020-ci ilin iyuluna planlaşdırılmışdı. Həmin vaxtdan bəri
filmin yayımı dörd dəfə gecikdirilib.

Ekspertlər “Sony Pictures” şirkətinin bu addımını pandemiya və kassa
gəlirlərini artırmaq istəyi ilə əlaqələndirib. Ehtimal olunur ki, yaz ayına
qədər “omicron” səngiyər və insanlar kinoteatrlara getməyə daha həvəsli olarlar.

Mənbə: playground.ru

Source link