Çoxuşaqlı ailə məfhumunun beşdən üçə endirilməsi təklif olunur.
ÇıxışYolu.Com xəbər verir ki, bu təklifi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib.
Komitə sədri MM-dəki ictimai müzakirələrdə çıxışı zamanı qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır.
“Hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”, – deyən H.Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin.
“Həmin bir ay müddətində gənclər üçün VVAQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı) şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın.
Biz nikah məsuliyyətini insanlara çatdırmalıyıq”, – deyə komitə sədri əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com