Cozef Kinq: “Biz keçmişi birləşdirib sabaha doğru hərəkət etməliyik”
“İrs və inkişafın bir araya gətirilib, birlikdə hərəkət edilməsi bu günün əsas
mesajlarından olmalıdır”.
Cixisyolu.com xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil etdiyi “Yaşanılabilən
və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”)
mövzusunda beynəlxalq konfransda çıxış edən Mədəni Mülkiyyətin Qorunmasının və
Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin direktoru (ICCROM) Cozef Kinq
deyib.
O bildirib ki, 35 illik təcrübəsində elə bir insanla qarşılaşmayıb ki, o öz
mədəni irsi ilə fəxr etməsin:
“Bu, çox vacib məqamdır. İrs şəxslərin gələcəyini inkişaf etdirməsinə və
dayanıqlılığını təmin etməsinə yardım göstərən vacib məqamdır. Biz keçmişi
birləşdirib sabaha doğru hərəkət etməliyik. İrs təbii fəlakətlər, münaqişələr
nəticəsində dağıla bilər, necə ki biz bu gün bunu eşitdik. Sürətli inkişaf
şəhərlərimizi dağıdır və birlikdə işləməliyik ki, bu baş verməsin. İqlim
dəyişikliyini də unutmamalıyıq. Biz şəhərlərimizi yaradan zaman elə həllər
ortaya qoyurduq ki, inkişaf metodları dayanıqlı olurdu. Ona görə biz keçmişdən
öyrənməliyik”.
Türk Abidə Menecerləri Şəbəkəsinin qurulmasına da toxunan C.Kinq qeyd edib ki,
bu, dünya tendensiyalarında yeni məfhumdur:
“İrsi, şəhəri qorumaq istəyiriksə, tərəfdaş abidə menecerləri ilə işləməliyik.
Abidə Menecerləri Şəbəkəsinin regional səviyyədə olması daha da vacibdir.
Menecerlər bir araya gəlib fikir mübadiləsi aparmalıdırlar. Həmçinin, biz
Azərbaycanla müzakirələr aparırıq ki, anlaşma memorandumu imzalayaq”.
Könül Cəfərli