3b495685-3839-4b03-bd05-8e71bd61d011..jpg

“Crocus City Hall” terrorunda adı hallanan şübhəlilərdən biri özü polisə təslim oldu – YENİLƏNİB + FOTO

Baxış sayı: 499 dəfə baxılıb.

“Crocus City Hall” terrorunda adı hallanan şübhəlilərdən biri özü polisə
təslim oldu – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə barələrində Moskvadakı terrorda iştirak etdiklərinə dair
məlumat yayılan daha iki tacikistanlının təqsirsizliyi üzə çıxıb.

Bu barədə Tacikistan Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, Rivociddin İsmonov və Mahmadrasul Nasriddinov hazırda öz
ölkələrindədirlər.

“Rusiyanın kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki,
Bryansk vilayəti üzrə Daxili İşlər İdarəsi 2024-cü il martın 22-də Moskva
vilayətində törədilmiş terror aktı ilə əlaqədar Tacikistan vətəndaşlarını –
Xatlon vilayətinin C.Balxi rayonunun sakinləri Rivociddin İsmonov (25 sentyabr
1972-ci il təvəllüdlü) və Mahmadrasul Nasriddinovu (20 noyabr 1986-cı il
təvəllüdlü) xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilərək rəsmi axtarışa
verib. Lakin bu xəbərin heç bir əsası yoxdur. Çünki adıçəkilən şəxslər 2023-cü
il noyabrın 26-da Rusiyadan Tacikistana gəliblər və hazırda yaşayış
yerlərindədirlər”.

14:39

Moskva vilayətində törədilən terror aktında şübhəli bilinən və barəsində
sosial şəbəkələrdə məlumat və şəkli yayılan 29 yaşlı Rustam Nazarov özü polis
idarəsinə gedərək təslim olub və təqsirsizliyini bəyan edib.

Onun sözlərinə görə, “Crocus City Hall”da terror törədilən vaxt o, başqa
şəhərdə – Samarada – ailəsinin yanında olub.

Gənc Samarada taksi sürücüsü işlədiyini bildirib. Faciə baş verən gün isə o,
valideynləri ilə şam edib, sonra isə bacısını evə yola salıb.

Məlumatı Rustamın bacısı Parvina Mahmudconova da təsdiqləyib.

“Onun heç bir terror aktında əli yoxdur. O, evdə olub”, – deyə Mahmudconova
bildirib.

Rustam Nazarov bu gün səhər sosial şəbəkələrdə öz şəklini gördükdən sonra
hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək yanlışlıq barədə məlumat
vermək qərarına gəlib.

Hazırda onun ifadəsi alınır.

Nazarovun şübhəlilər siyahısına düşməsinə səbəb isə terrorçuların istifadə
etdiyi “Renault” markalı avtomobilin əvvəllər onun adına rəsmiləşməsidir. Ancaq
gənc maşınını iki il əvvəl satdığını bildirib.

Mənbə: “Astra” “Telegram” kanalı

Source link