“Crocus City Hall”a terror hücumunda şübhəlinin dindirilmə anı: “500 min rubla
görə öldürdüm” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror
hücumunda şübhəli bilinənlərdən birinin dindirilməsinin görüntüləri yayılıb.
Məlumata görə, o, meşədə, ağacda gizlənibmiş.
Tacikistan vətəndaşı olan şübhəli sifarişçilərin onunla “Telegram” vasitəsilə
əlaqə saxladığını bildirib.
“Pula görə öldürdüm. Təxminən 500 min rubla (təxminən 9200 manat). Hələ pulun
yarısını almışdım”, – deyə o qeyd edib.
Şübhəli vəsaitin karta köçürüldüyünü vurğulayıb. O, həmçinin, silahla
sifarişçilər tərəfindən təmin olunduğunu qeyd edib.
Bundan əvvəl Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının “Crocus City
Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinəndörd
nəfəri
xəbər vermişdik.
“Crocus City Hall”a terror hücumunda şübhəlinin dindirilmə anı: “500 min rubla
görə öldürdüm”.pic.twitter.com/05Uh4tC0Yp
— Cixisyolu.com (@oxuaz) March 23, 2024
Mənbə: Lenta.ru