c71c3c6b-bed9-45ef-a764-e822d59c97fa..jpg

“Crocus City Hall”da terror aktı törədənin atası onun İŞİD-lə əlaqəsindən danışdı – FOTO/VİDEO

Baxış sayı: 598 dəfə baxılıb.

“Crocus City Hall”da terror aktı törədənin atası onun İŞİD-lə əlaqəsindən
danışdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Crocus City Hall”da terror aktını törədənlərdən biri Dalerjon Mirzoyevin
atası oğlunun dindar olmadığını deyib.

O, həmçinin qeyd edib ki, hücumdan iki gün əvvəl, martın 20-də Mirzoyev
anasına zəng edərək müvəqqəti qeydiyyatda olduğu Novosibirskdə iş tapmadığı
üçün Tacikistana qayıtmağa hazırlaşdığını bildirib.

ABŞ öz müttəfiqlərini inandırmağa çalışır ki, “Crocus City Hall”da törədilən
terror aktının arxasında İŞİD-in Əfqanıstan qolu dayanır. Eyni zamanda terrorçu
Mirzoyevin atası oğlunun namazı “istədiyi vaxt”larda qıldığını və hətta Quran
oxumadığını nəzərə çatdırıb.

Xatırladaq ki, martın 22-də Dalerjon Mirzoyev üç terrorçu ilə birlikdə
avtomobillə “Crocus”a yaxınlaşıb və elə dayanacaqdan insanlara atəş açmağa
başlayıb. Binada olduğu 15 dəqiqə ərzində o, digər cinayətkarlarla birlikdə
onlarla insanı güllələyib. Konsert zalının yandırılmasından sonra isə ətrafı
gəzərək bıçaqla yaralılara hücum edib.

Mənbə: “RT na russkom” “Telegram”


Source link