“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha üç nəfər saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omskda “Crocus
City Hall”da baş vermiş terror aktında iştirak edən daha üç nəfəri saxlayıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və
Omsk şəhərlərində 2024-cü il martın 22-də törədilmiş terror aktında iştirak
edən bir Rusiya vətəndaşını və iki xarici vətəndaşı – Mərkəzi Asiya regionundan
olan mühacirləri saxlayıb”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, saxlanılanların ikisi terror aktında istifadə olunan odlu silah
və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər. Üçüncü şəxs isə terror
hücumunda iştirak edən şəxsləri toplayıb və onu törədənləri maliyyələşdirib.
Qeyd edək ki, bugünədək istintaq on müttəhimə qarşı ittiham irəli sürüb.
Yusufzodaya gəlincə, o hazırda digər iş üzrə həbsdədir. Yakubconi qanunsuz
miqrantlara qarşı əməliyyat zamanı polisə tabe olmadığına görə martın 26-da 12
sutkalıq həbs cəzası alıb.
Mənbə: TASS