c9e6ce8f-a6a8-4df8-8370-055270942394..jpg

“Crocus” terrorunda ölənlərin sayı artdı: Yaralıların SON DURUMU

Baxış sayı: 608 dəfə baxılıb.

“Crocus” terrorunda ölənlərin sayı artdı: Yaralıların SON DURUMU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş vermiş terror
aktında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Bununla da terror
aktında həlak olanların sayı 140-a yüksəlib”.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.

Nazir həmçinin yaralılar barədə məlumat verib, onlardan biri uşaq olmaqla 76
nəfərinin xəstəxanalardan evə buraxıldığını deyib. Qurum rəhbərinin sözlərinə
görə, hazırda tibb müəssisələrində 80 nəfər müalicə alır.

Qeyd edək ki, bundan əvvəl yaralananların sayının 360 nəfərə
yüksəldiyi bildirilmişdi. Onların arasında 11
uşaq var. Yaralılardan üçü uşaq olmaqla 19 nəfərin vəziyyəti ağır, 34-nün
vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında
terror aktı baş verib. Əlisilahlı dörd nəfər
konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın
başlayıb. Terrorçular həbs olunublar.

Mənbə: Ura.ru

Source link