a37793e5-450b-459d-a5fc-aba05ecd1935..jpg

Cüdo Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib – FOTO

Baxış sayı: 811 dəfə baxılıb.

Cüdo Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib – FOTO

Yanvarın 21-də Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin
iclası keçirilib.

Federasiyadan Cixisyolu.com-a verilən məlumata görə, iclasda 2022-ci il üzrə
fəaliyyətin nəticələri və 2023-cü il üçün hədəflər müzakirə edilib.

Qeyd edilib ki, ötən il milli yığmaların işinin təşkili, ölkədə cüdonun
inkişafı və kütləviləşdirilməsi, fəaliyyətin rəqəmsallaşdırılması, hakimlərin
və məşqçilərin peşəkar səviyyəsinin artırılması, maddi-texniki infrastrukturun
yaxşılaşdırılması, təhsil layihələrinin reallaşdırılması, daxili yarışların
sayının və səviyyəsinin artırılması, regionlarda cüdonun inkişafı istiqamətində
hərtərəfli və kompleks fəaliyyət göstərilib.

Həmçinin, 2023-cü içün Federasiyanın əsas fəaliyyət hədəfləri və planları üzrə
sənəd İcraiyyə Komitəsinə təqdim edilib.

2022-ci il üzrə hesabat və cari il üzrə planlar ətrafında aparılan müzakirələr
zamanı İcraiyyə Komitəsinin üzvləri görülən işləri yüksək qiymətləndirərək, öz
tövsiyələrini və fikirlərini bildiriblər.

Source link