Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında açıq Avropa Kuboku başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, yarışın ilk günündə bir qızıl və bir gümüş medal qazanmış Azərbaycan millisi bu gün daha bir mükafata sahib olub.
Medalı ölkəmizə Şahin Qəhrəmanov qazandırıb. +100 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz turniri üçüncü pillədə başa vurub. O, bürünc medal döyüşündə fransalı Messye Katanqanı məğlub edib.
Yekunda bir qızıl, bir gümüş və bir bürünc medal qazanan millimiz komanda hesabında 35 ölkə arasında ikinci olub.
Qeyd edək ki, Şahin Qəhrəmanovdan öncə Oruc Vəlizadə (-60 kq) birinci, İbrahim Əliyev (-66 kq) ikinci yeri tutub.