a0d42d71-dfef-4e94-9ee5-29c3da5cdbb5..jpg

Cüdo üzrə Azərbaycan birinciliyində qarışıq komanda yarışı keçirilib – FOTO

Baxış sayı: 546 dəfə baxılıb.

Cüdo üzrə Azərbaycan birinciliyində qarışıq komanda yarışı keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə yeniyetmələr (U-18) arasında Azərbaycan birinciliyinin qarışıq
komanda yarışı keçirilib.

Cixisyolu.com xəbər verir ki, yarışda 8 komandadan 72 idmançı medallar uğrunda
mübarizə aparıb.

Qızlar 48 kq, 63 kq və +63 kq, oğlanlar isə 60 kq, 81 kq və +81 kq çəki
dərəcələrində güclərini sınayıblar.

Yarışın final görüşü Bakı şəhəri 13 saylı İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə “Təhsil” Respublika İdman Mərkəzinin
1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbi arasında keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 4:3 hesabı ilə qalib gələrək
komanda yarışının kubokunu və qızıl medallarını qazanıb. Bakı şəhəri 13 saylı
İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü olublar.

Source link