Cüdo üzrə DÇ: Millimiz Yaponiyaya uduzdu – YENİLƏNİB

Baxış sayı: 3. 275 dəfə baxılıb.

Cüdo üzrə DÇ: Millimiz Yaponiyaya uduzdu – YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında millimiz 1/4 final görüşünə çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, komandamız 2:4 hesabı ilə DÇ-nin favoriti sayılan Yaponiya millisinə uduzub.

Komandamız bürünc medal qazanmaq üçün təsəlliverici yarışlara qatılacaq.

10:12

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının son günündə altı idmançıdan ibarət qarışıq komanda yarışlarına start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, səkkizinci yarış günündə mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisi Avstriya ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. 

Komandamızda Günel Həsənli (70 kq) istisna olmaqla, İçinxorlu Munxtsedev (57 kq), İrina Kindzerskaya (+70 kq), Tural Səfquliyev (90 kq) və Uşanqi Kokauri (+90 kq) avstriyalı rəqiblərindən üstün olub. Hesab 4:1 olduğundan, Hidayət Heydərovun (73 kq) tatamiyə çıxmasına ehtiyac olmayıb.

Qeyd edək ki, millimizin 1/4 finaldakı rəqibi Monqolustanı məğlub etmiş Yaponiya olacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com