Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan millisi 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşıb.
Bu görüşdən 4:3 hesablı qələbə ilə ayrılan komandamız uğurun davamını gətirə bilməyib.
1/4 finalda Braziliyaya 1:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşlərə qatılıb və bürünc medal uğrunda ilk cəhddə Cənubi Koreyadan güclü olublar – 4:2.
Amma mükafat uğrunda son görüşdə Rusiyaya yenilən (1:4) yığmamız mundialı medalsız başa vurub.
Qeyd edək ki, komandada yarışlarından fərqli, fərdi yarışlarda millimizin 2 üzvü fəxri kürsüyə yüksəlməyi bacarmışdı.
Belə ki, 73 kq çəkidə mübarizə aparan Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib çıxmışdı.