Cüdoçularımızın Avropa Oyunlarındakı rəqibləri bilindi

Baxış sayı: 2. 505 dəfə baxılıb.

Minskdə II Avropa Oyunları çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.

ÇıxışYolu.Com xəbər verir ki, püşkün nəticəsinə əsasən, milli komandamızın altı qadın və doqquz kişi üzvünün ilk rəqibləri müəyyənləşib.

Belə ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı rumıniyalı Aleksandra Pop, 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Larisa-Aleksandra Florian isə Polşa cüdoçusu Karolina Penkovska, 57 kiloqram çəkidə İçinxorlu Munxtsedev gürcüstanlı Eteri Liparteliani, 63 kiloqram çəkidə Nuriyyə Axundova rumın Adelina Dobre, 78 kiloqramdan yuxarı çəkidə İrina Kindzerskaya isə Səbilə Akbulut (Türkiyə) – Jasmin Külbs (Almaniya) cütünün qalibi ilə mübarizə aparacaq.

Kişilər arasında 60 kiloqram çəkidə Orxan Səfərov David Starkel (Sloveniya), Kəramət Hüseynov Matyaz Trbovts (Sloveniya), 66 kiloqram çəkidə Nicat Şıxəlizadə ukraynalı Boqdan Yadov, 73 kiloqram çəkidə Rüstəm Orucov Sedrik Bessi (Monteneqro), Hidayət Heydərov Mikloş Unqvari (Macarıstan), 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev İqor Varapayev (Belarus) – Peter Zilka (Çexiya) cütünün qalibi, 100 kiloqram çəkidə Elmar Qasımov ukraynalı Anton Savitski, Zelim Kotsoyev serbiyalı Bojan Dosenlə, 100 kiloqramdan yuxarı çəkidə Uşanqi Kokauri isə Vinçentso Di Arko (İtaliya) – Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə güclərini sınayacaq.

Proqrama əsasən, sabah qadınlar 48, 52 və 57 kiloqram, kişilər 60 və 66 kiloqram, iyunun 23-də qadınlar 63 və 70 kiloqram, kişilər 73 və 81 kiloqram, iyunun 24-də isə qadınlar 78 və 78 kiloqramdan yuxarı, kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

İyunun 25-də isə qarışıq komanda yarışları keçiriləcək. Millimiz Fransa cüdoçuları ilə yarışacaq.

Cüdoçularımızın Avropa Oyunlarındakı rəqibləri bilindi